Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək

İyulun 21-27-dək Bakıda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcək. Yarışlarda 50 ölkədən 14-18 yaşında 3000-ə yaxın atlet iştirak edəcək.

Yarışlar idmanın 10 növü üzrə olacaq - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş.

Azərbaycan 122 atlet ilə təmsil olunacaq.

Açılış və bağlanış mərasimləri Baku Cristall Hall-da olacaq. Oyunlar 12 idman obyektində keçiriləcək.

Festivala 3500 könüllü cəlb edilib.