Bakıda "8 marş - Haqlarımız uğrunda" yürüş
Your browser doesn’t support HTML5
Qadın haqları fəalları Bakının mərkəzində 8 mart Beynəlxalq Qadınlar günündə aksiya keçiriblər.
Fəallar aksiyada "8 Marş - Haqlarımız uğrunda" şüarı altında gender əsaslı zorakılıq və qadın qətllərinə diqqət çəkib.
Polis Fəvvarələr Meydanında aksiya başlayan zaman 30-a yaxın aksiya iştirakçısını saxlayıb.
Saxlanılanların əksəriyyəti polis maşınlarına mindirilərək 9-cu polis bölməsinə aparılıblar.
Artıq 3 ildir ki, ənənəvi olaraq feministlər qadın haqlarına diqqət çəkmək üçün 8 mart Beynəlxalq Qadınlar günündə aksiya keçirirlər.
Daxili İşlər Nazirliyi feministlərin keçirdiyi aksiya ilə bağlı açıqlama verib:
"Qabaqcadan edilmiş xəbərdarlığa baxmayaraq, aksiya keçirməyə cəhd edən şəxslərin ərazidən uzaqlaşdırılması təmin edilib".
İzahat yazdıqdan sonra fəallar sərbəst buraxılıblar.