Kişilərin hamısı Azərbaycan, qadınların isə əksəriyyəti Özbəkistan vətəndaşlarıdır
Bakı Şəhər Baş Polis İdarəsi mayın 15-də gecə saatlarında keçirdiyi əməliyyat zamanı əxlaqsızlıqla məşğul olan 45 qadın və 8 kişi saxlayıb. Kişilərin hamısı Azərbaycan vətəndaşıdır, qadınların isə əksəriyyəti Özbəkistan vətəndaşlarıdır.
Hüquq- mühafizə orqanlarındakı mənbələrdən Amerikanın Səsinə bəlli olub ki, saxlanılan qadınların əksəriyyəti 17-20 yaşlarındadır.
Əməliyyat Bakıda Nəsimi rayonunda “Nizami” kinoteatrına yaxın ərazidə yerləşən “İnfiniti” gecə barında və Xətai rayonundakı “Dalğa” saunasında aparılıb.
Belə ki, “İnfiniti” gecə barına qadınların girişi pulsuzdur, kişilər isə giriş üçün əvvəldən pul ödəməlidir. Qadınlar və kişilər əvvəlcə “İnfiniti”də qəlyanaltı stolu arxasında tanışlıq sövdələşməsi edib, sonra “Dalğa” saunasına gedirmiş.
Paytaxt polisi hazırda əməliyyat-axtarış tədbirlərini davam etdirir.
ABŞ Dövlət Departamenti Azərbaycanı insan alverinə qarşı mübarizədə 2-ci qrupa aid edib.
Bəzi ekspertlər ölkənin bu ilki hesabatda 3-cü qrupa aid ediləcəyini düşünür.
Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev Amerikanın Səsinə bildirib ki, bu sahədə çatışmazlıqların olmasına baxmayaraq, Azərbaycanda əvvəlki illərlə müqayisədə inkişaf var.
Ekspertin fikrincə, Azərbaycan insan alveri ilə bağlı həm təyinat, həm mənbə, həmdə tranzit ölkədir.
“Azərbaycan Orta Asiya ölkələri üçün tranzit ölkə kimi istifadə olunur. Özbəkistan, Türkmənistan, Tacikistan vətəndaşları Azərbaycan ərazisi vasitəsi ilə BƏƏ, Türkiyə və İrana daşınır. Bununla yanaşı Baltikyanı, Orta Asiya ölkələri, Gürcüstan və hətta Əfqanıstan üçün Azərbaycan qəbul edən ölkədir. Bu ölkələrin vətəndaşları Azərbaycanda insan alveri qurbanlarına çevrilir”, - o qeyd edib.
Azərbaycana qarşı tənqidlərdən biri də indiyədək insan alveri sahəsi ilə bağlı vəzifəli şəxslərin məsuliyyətə cəlb edilməməsidir. Tənqidlərdə deyilir ki, qurbanlar sərhədlərdən, gömrük məntəqələrindən keçir və ölkədə qanunsuz miqrantlar kimi yaşayır.