Rusiya baş naziri Azərbaycan neftinin Rusiya ərazsindən tranziti haqqında müqaviləyə xitam verilməsi barədə sərəncam imzalayıb
Rusiya və Azərbaycan 1996-cı ildən fəaliyyət göstərən Bakı-Novorossiysk boru kəməri ilə Rusiya ərazisi vasitəsi ilə Azərbaycan neftinin tranziti haqqında müqaviləyə xitam verəcək.
Müvafiq sərəncamı mayın 5-də Rusiyanın baş naziri Dmitri Medvedev imzalayıb, xəbəri “Praym” agentliyi yayıb.
Rusiya Xarici İşlər Nazirliyinə Azərbaycana 18 yanvar 1996-cı ildə imzalanmış, bir tonu 15,67 dollardan olmaqla ildə beş milyon ton Azərbaycan neftinin nəqlini nəzərdə tutan “müqaviləyə xitam verilməsi haqqında” məlumatlandırmaq tapşırılıb.
“Transneft” prezidentinin müşaviri İqor Deminin sözlərinə görə, müqavilədə həcm və tarif qeyd edilib və bu illər ərzində dəyişməyib. Lakin, Azərbaycan nəql həcmi üzrə öhdəliklərini yerinə yetirməyib.
Əslində təxminən 2 mln. ton neft nəql olunub. Demin qeyd edib ki, müqaviləyə xitam verilməsi gələn il üçün yeni tarifin müəyyən edilməsi haqqında danışıqlara başlamağa imkan verəcək.
“Transneft” 2011-ci ilin avqustunda Azərbaycanla hökumətlərarası saziş şərtlərinə yenidən baxılması təşəbbüsü irəli sürüb. Bakıya neft nəqlini 30-40% - 3-3,5 milyon tona qədər azaltmaq təlkif olunub. Müqaviləyə düzəlişlər layihəsi razılaşdırılması üçün Bakıya göndərilib, lakin Bakı tərəfindən dəstəklənməyib.
Onda “Transneft” Azərbaycanın tələbatı olmayan normanı 2010-cu ildə Xəzər şelfində Korçagin adına yataqda hasilata başlamış LUKOYL-a vermək istəyib. “Transneft”in yarıboş qalan və minimum gəlir gətirən boru kəmərinin saxlanması ilə bağlı birbaşa ziyanı ildə 50 milyon dollar olaraq qiymətləndirilirdi.
2011-ci ildə Azərbaycan tərəfi “Transneft”ə Bakı-Novorossiysk boru kəməri ilə üçüncü tərəflərin neftini nəql etməyi təklif edib, lakin Rusiya tərəfi razılaşmayıb.
Bakı-Novorossiysk boru kəməri 25 oktyabr 1997-ci ildən fəaliyyət göstərir.