Görüşdə xarici işlər nazirləri iştirak edəcək
Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli formatda ilk görüşünün ilkin tarixi açıqlanıb. Görüşün mayın 26-da Bakıda keçiriləcəyi gözlənilir.
Trend agentliyinin məlumatına görə görüş zamanı üç ölkənin xarici işlər nazirləri regiondakı vəziyyəti, Xəzərin statusunu, eləcə də əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran görüş formatları mövcuddur və göstərilən dövlətlərin xarici işlər nazirləri və prezidentlərinin sammitləri keçirilir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ötən ilin sonlarında (ATƏT Nazirlər Şurasının XX iclası çərçivəsində) Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli formatının yaradılmasına dair razılığın əldə edildiyini bəyan etmişdi.