Bakıda 4 nəfəri əqrəb sancıb

Əqrəb

Əqrəb sancmasının 3-ü Bakının Qaradağ rayonunda (Sahil, Umbaku, Qobustan qəsəbələri) və 1-i Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb
İyulun 26-da Bakıda 4 nəfəri əqrəb sancıb. Həkimlərin səyi nəticəsində ölüm olmayıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Amerikanın Səsi radiosuna bildirilər ki, əqrəb sancmasının 3-ü Bakının Qaradağ rayonunda (Sahil, Umbaku, Qobustan qəsəbələri) və 1-i Binəqədi rayonunun Sulutəpə qəsəbəsində qeydə alınıb. Bütün hallarda təcili tibbi yardım göstərilib və xəstələrin ikisi xəstəxanalara yerləşdirilib.
Son sutka ərzində Bakıda 4 günvurma hadisəsi qeydə alınıb. Təcili tibbi yardım göstərilib və onlardan biri yanıq diaqnozu ilə xəstəxanaya yerləşdirilib.