Xalq qəhrəmanı Koroğlunun heykəlini heykəltəraş Tokay Məmmədov hazırlayır
Azərbaycan prezident İlham Əliyev Bakıda xalq qəhrəmanı Koroğlunun abidə kompleksinin inşasına 5 milyon manat vəsait ayrılması barədə sərəncam imzalayıb.
Xatırladaq ki, 2009-cu il dekabrın 3-də prezident Əliyev Koroğluya Bakıda abidə ucaldılması haqda sərəncam imzalayıb. Heykəli heykəltəraş Tokay Məmmədov hazırlayır.