İraqın Mosul şəhərindəki İslam Dövlətinin 5 minə qədər yaraqlısı son nəfəsədək döyüşməyə səslənib.
Terrorçu qrupun lideri Əbu Bəkr Əl-Bağdadi deyib ki, torpaqların şərəflə qorunması məğlubiyyət rüsvayçılığından min dəfə asandır.
Əl-Bağdadinin səs yazısı bu həftə sosial media tərəfindən yayılıb.
“Geri çəkilməyin. Bu müharibə və cihad bizim qətiyyətimiz və Allahım köməyi ilə qələbənin başlanğıcıdır”-deyə o, cihadçılara çağırış edib.
Bu, Bağdadinin ötən dekabr ayından bəri ilk müraciətidir.
ABŞ-ın kəşfiyyat mənbələri səs yazısının həqiqiliyinin yoxlanmasına ehtiyac olmadığını və bunun son zamanlar yazıldığını bildirib.
30 dəqiqədən artıq sürən çağırışda İŞİD lideriləri-Məhəmməd Əbu Əl-Adnani, qrupun sözçüsü, sabiq informasiya naziri Vail Adil Həsən Salman Əl-Fayadın adları çəkilib. Onların hər ikisi ABŞ-ın hava zərbələri nəticəsində öldürülüb.
Səs yazısında ABŞ-ın dəstəklədiyi Mosulun geri alınması əməliyyatlarına da toxunulub.
Təhlilçilər bu baxımdan səsin son 10 gün içərisində yazıldığını deyir.