İraq rəsmiləri Bağdadda intiharçı bomba hücumları nəticəsində 20 nəfərin öldüyünü, onlarla insanın yaralandığını bildirib.
Hücumların biri zamanı intiharçı üzərindəki partlayıcıları əsas etibarilə şiələrin yaşadığı məhəllədəki izdihamlı bazarın giriş qarşısında işə salıb. 13 nəfərin öldüyü bu hücuma görə məsuliyyəti öz üzərinə İŞİD qrupu götürüb.
Bağdadın başqa hissəsində ayrı intiharçı hücumu nəticəsində isə yeddi nəfər həyatını itirib.
İŞİD keçən həftə Bağdad və ətraf yerlərdəki hücumlara görə məsuliyyəti öz üzərinə götürüb. Keçən həftə İraq paytaxtının Sədr hissəsində bomba partlayışı zamanı 30 adam ölüb.
Bu hücumlar İraq hərbi qüvvələrinin Mosul şəhərindən İŞİD-dan azad edilməsi məqsədilə genişmiqyaslı əməliyyatlar apardığı vaxt keçirilir.
BMT-nin bildirdiyinə görə, keçən ilin oktyabr ayında başlayan Mosul əməliyyatı nəticəsində 125 mindən çox iraqlı yerlərindən didərgin düşüb.
Pentaqon Mosulda 3 mindən 5 minə qədər İŞİD döyüşçüsünün qaldığını təxmin edir.