Bağdadda iki bomba partlayışında 25 adam həyatını itirib

İraq rəsmiləri Bağdadın mərkəzində izdiihamlı bazrda iki bombanın partlaması nəticəsində azı 25 nəfərin həyatını itiridiyini bildiriblər.

Rəsmilərin sözlərinə görə, Əl-Sinaq məhəlləsində törədilmiş hücum zamanı 56 nəfər yaralanıb. Onlar xəsarət alanlarının sayının daha artıq olacağını gözləyir.

Röyters xəbər agentliyi İraqın Daxili işlər nazirliyinə istinadən, bombalardan birinin intiharçı tərəfindən partladılğını, ikinci partlayışın isə partlayıcıların işə düşməsi nəticəsində baş verdiyi haqda məlumat verib.

Hücumlara görə hələlik məsuliyyəti öz üzərinə götürən olmayıb. Lakin adətən bu kimi partlayışlara görə məsuliyyəti İŞİD militantları öz üzərinə götürür.

Bağdadda təhlükəsizlik tədbirləri oktyabr ayında İraq hərbi qüvvələrinin cihadçıların istinadgahı olan Mosulun azad edilməsi əməliyyatlarına başladığı vaxtdan gücləndirilib.