Fərhad Bədəlbəyli: `Məni bir dərd yeyir, Şuşa dərdi` [Audio]

  • Nərminə Cəlalqızı

Fərhad Bədəlbəyli

Your browser doesn’t support HTML5

Fərhad Bədəlbəyli: Məni bir dərd yeyir, Şuşa dərdi




Azərbaycanlı musiqiçi, Azərbaycanın və keçmiş SSRİ-nin xalq artisti. Azərbaycan Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin 65 yaşı tamam oldu.

Yaradıcılıq dövründə ən yadda qalan hadisənin hansı olduğu sualının cavabında Fərhad Bədəlbəyli 16 yaşında ikən maestro Niyazi ilə ilk çıxışının olduğunu dedi. O, 16 yaşlı bir gəncin əfsanəvi maestro Niyazi ilə çıxışının onun üçün böyük bir hadisə olduğunu bildirdi.

Bundan sonra o, Lissabonda Qran-pri mükafatına layiq görüldüyü çıxışını yada saldı və dedi ki, o vaxtlar orada çox sərt, hərbi rejimin hökm sürürdü. O, 68-ci ildə Sovet ordusunun Praqada törətdiklərinə görə bütün dünyanın Sovet İttifaqına nifrət etməsinə baxmayaraq o, birinci yeri qazana bildiyini dedi.

Fərhad Bədəlbəyli Sovet rejiminin hökm sürdüyü bir dövrdə bir çox ölkələrdə konsert proqramları ilə çıxış etdiyini vurğuladı və məşhur musiqiçilərlə konsert fəaliyyətlərindən razılıq hissi ilə danışdı.

Tələbələrinə gəldikdə isə Fərhad müəllim bir neçə tələbəsinin adını çəkdi və onların artıq respublkanın xalq artisti adına layiq görüldüklərini bildirdi. Fərhad müəllim Azərbaycanda çox istedadlı gənclərin olduğunu və dünyanın bir çox ölkəsində təhsillərini davam etdirdiklərini, konsert proqramları ilə çıxış etdiklərini dedi.

Fəhad Bədəlbəyliyə əgər yaradıcılıq fəaliyyətinə yenidən başlayarsa, nəyi dəyişmək istəyərdi sualını verəndə o, "maestro Niyazidən dirijorluq sənətini öyrənərdim," deyə cavab verdi.

Söhbətin sonunda Fərhad müəllim həyatından çox razı olduğunu, lakin yeganə bir ağrının, Şuşa ağrısının onu rahat buraxmadığını dedi. O dedi ki, bir neçə il bundan əvvəl Şuşada olub və bu şəhəri dağılmış, pis vəziyyətdə görüb.

Amerikanın Səsi sevimli sənətkarımızı ad günü münasibətilə təbrik edir, ona uğurlar arzu edir!