Bağdadın cənubunda iki evi hədəf alan partlayış beş nəfəri öldürüb və dördünü yaralayıb

Bağdadın cənubunda iki evi hədəf alan partlayış beş nəfəri öldürüb və dördünü yaralayıb

Rəsmilər evlərin Babildə yerləşdiyini və Şiə ailəsinə məxsus olduğunu bildiriblər

Iraq polisi bu gün Bağdadın cənubunda iki evi hədəf alan partlayışın beş nəfəri öldürdüyünü və dördünü yaraladığını bildirib. Rəsmilər həlak olanların azı üçünün uşaq olduğunu deyib. Rəsmilər evlərin Babildə yerləşdiyini və Şiə ailəsinə məxsus olduğunu bildiriblər. Bu gün eyni zamanda Bağdadın şimalında Samirə şəhərində silahlı şəxslər iki polis zabitini pusquya salaraq qətlə yetiriblər və onların avtomabillərini yandırıblar. Dünən İraqın Müdafiə Nazirliyi təhlükəsizlik qüvvələrinin əl-Qaidənin Anbar vilayətinə hücumda təqsirli bilinən 93 nəfəri həbs etdiyini elan edib. Müdafiə Nazirliyinin sözcüsü General-Mayor Məhəmməd əl-Askari həbsə alınanların içərisində axtarışda olan 60 nəfər də var.