Bağdadda daha bir hücum

  • Amerikanın səsi

Bağdadda daha bir hücum

İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadda Daxili İşlər Nazirliyi yaxınlığında həyata keçirilən kamikadze hücumu nəticəsində 6 adam həlak olub. Onlarla insan yaralanıb. Şahidlər hücumun partlayıcı ilə dolu maşının partladılması ilə həyata keçirildiyini deyir.

Bugünkü hücum cümə axşamı günü 70 adamın ölümü, 200 nəfərin yaralanması ilə nəticələnən hücumdan sonra həyata keçirilib.

Hücumlar ABŞ qüvvələrinin ölkəni tərk etməsindən sonraya təsadüf edir.