Babək Çələbiyanlı: Abbas Lisani millətin dirəniş simvoludur

Your browser doesn’t support HTML5

İran məhkəməsi tanınmış mili fəal Abbas Lisaninin kassasiya şikayətini təmin etməyərək, onun 15 illik həbs cəzası haqda hökmü qüvvədə saxlayıb. Abbas Lisani 2019-cu ilin yanvar ayindan həbsdə saxlanılır. O, son 15 ildə azərbaycanlıların dil və mədəni hüquqları uğrunda göstərdiyi fəaliyyətlərlə əlaqədar dəfələrlə həbs edilib. ABŞ-da yaşayan milli fəal Babək Çələbiyanlı Amerikanın Səsinə müsahibəsində Abbas Lisaninin həbsi, ona qarşı ittihamlar və reaksiyalar haqda danışıb.