Keçən günlərdə 2014-cü il Dünya Ana Dili Günü mərasimində Əhər şəhərində yaxalanıb və mülki vəsiqə qarşılığında sərbəst buraxılan bir neçə milli-mədəni fəal məhkəmə prosesinin davamı üçün Əhər məhkəməsinə çağırılıb. Rəhim Qulami, Əsgər Əkbərzadə, Meysəm Colani, Cəfər Rüstəmi, Hüseyn Balaxani, İsrafil Fətullazadə, Saleh Molla Abbasi, İbrahim Nuri, Əkbər Əbulzadə, Məhəmmədrza Rəhmanifərd və s. məhkəməyə çağırılan fəallar arasında olub.
Amerikanin Səsinin əldə etdiyi məlumata görə, iyulun 17-də Babək qalasına gedərkən qalanın ətəyində və yolda yaxalanıb və bir gün sonra zəmanətə buraxılan fəallar Kəleybər məhkəməsinə çağırılıb. Behzad Əbdi, Fərdin Muradpur, Əkbər Əbulzadə, Məhəmməd Rəşidi və Abbas Şadmənd sistemin əleyhinə təbliğdə günahlandırılır.
Adı çəkilən fəallar daha öncə də milli və mədəni fəaliyyətləri səbəbilə bir neçə dəfə həbs ediliblər.