BMT baş katibi dünyanı "Olimpiya barışığı"na çağırıb

BMT baş katibi Pan Gi Mun Rusiyanın Soçi Olimpiya Oyunlarının açılışından bir gün əvvəl homoseksuallara qarşı diskriminasiyanı qınadı və dünya boyu müharibə aparan tərəfləri "Olimpiya barışığı"na çağırdı.

Çərşənbə günü Rusiyanın kurort şəhəri Soçidə etdiyi çıxışı zamanı cənab Pan dolayısı ilə Rusiyanın yetkinlik yaşına çatmayanlar arasında homoseksuallığın təbliğinin qarşısını alacaq, lakin tənqidçilərin belə bir qanunun ümumiyyətlə bu azlıqlara qarşı olacağını deyən yeni qanununa toxunub.

Bu arada isə Rusiyanın təhlükəsizlik qüvvələri Olimpiada zamanı həyata keçirilə biləcək terror hücumlarının qarşısını almaq üçün səfərbərliyə alınıb. ABŞ-ın daxili təhlükəsizlik rəsmiləri partlayıcı maddə doldurula biləcək diş məcunubun belə Rusiyaya uçan təyyarələrə keçirilə bilməməsi barədə göstəriş verib.