AŞPA bu həftə Azərbaycanda siyasi məhbus məsələsini müzakirə edəcək
Your browser doesn’t support HTML5
Avropa Şurası Parlament Assambleyası bu həftə Azərbaycanda siyasi məhbus məsələsini müzakirə edəcək. Sessiyanın ilk günündə “Avropa Şurasında böhran: Azərbaycanda əbədi siyasi məhbus məsələsi” mövzusunda müzakirələr aparılıb. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri məruzəçi Sunna Evarsdottirin hazırladığı qətnamə layihəsini müsbət qarşılayır. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə qətnamə layihəsinin siyasi təzyiq alətinə çevrildiyini deyir.