Avqustun 7-də Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi Ağstafa rayonunun keçmiş icra hakimiyyəti başçısı Nizaməddin Quliyevi 9 il, onun müavini Ramiz Tatarovu 8,5 il həbsə məhkum edib.
Məhkəmə onları korrupsiyada, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, pul tələb etməkdə təqsirli bilib.
Xatırladaq ki, həmin şəxslər 2019-cu ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həbs edilib.
Bundan sonra analoji faktlar üzrə yerli icra hakimiyyəti başçılarının həbsləri baş verib. Ümumilikdə 7 icra hakimiyyəti başçısı həbs edilib.