Ağ Evin sözçüsü istefa verib

ABŞ prezidenti Barak Obama Ağ Evdə mətbuat üçün hər gün keçirilən brifinqə gələrək mətbuat katibi Cey Karninin istefa verdiyini elan edib. Ağ Evin yeni sözşüsü Cey Karninin müavini Coş Ernst olacaq.

Cənab Obama deyib ki, “Cey Karni və onun məsləhətlərinin yeri görünəcək”, lakin eyni zamanda əlavə edib ki, prezidenliyinin birinci dönəmindən onun komandasında olan Ernst Coş “sözü üzə deyən dürüst insandır”.