Ağ Ev Türkiyə ilə yaşanan son vəziyyətlə bağlı açıqlama verib

Ağ Evin mətbuat katibi Cen Psaki oktyabr;n 25-də keçirilən mətbuat kofransı zamanı Türkiyə ilə son günlərdə yaranmış diplomatik qalmaqal haqqında danışıb. Eləcə də qarşıdan gələn Böyük 20-liyin (G-20) zirvəsi zamanı Bayden Ərdoğan görüşü haqqında da açıqlamalar verib.

Mətbuat konrfansında Cen Psakidən Vyana konvensiyası əsas gətirilərək Osman Kavalanın sərbəst buraxılmasına dair çağrışdan sonrakı açıqlamaların geri addım atılması kimi görünüb-görünmədiyi sual edilib.

Mətbuat katibi Cen Psaki isə bildirib ki, "Hadisələr bu formada dəyərləndirilməməlidir. Türkiyə də daxil olmaqla, bütün dünyada jurnalistlərin və fəalların həbsi haqqında danışmaqda davam edəcəyik. Bu məsələdə olduğu kimi həm şəxsi, həm də ictimai şəkildə bizi narahat edən məsələləri gündəmə gətiririk. Türkiyə ortaq maraq doğuran məsələlərdə birlikdə işləməyə davam etdiyimiz və NATO-da müttəfiqimiz olan bir ölkədir".

Mətbuat konfransında ABŞ prezidenti Co Baydenlə prezident Rəcəb Tayyib Ərdoğanın G-20 sammiti çərçivəsində görüşüb-görüşməyəcəyi də məsələsi də gündəmdə olub.

Cen Psaki bildirib ki, “Bizim proqramda yerimiz var. Gələcək ikitərəfli danışıqlar üçün proqramı yekunlaşdırmaq üzərində işləyirik. Bildiyiniz kimi o, iyun ayında xaricə etdiyi ilk səfərində Türkiyə Prezidenti ilə görüşmüşdü. Ümid edirik ki, yaxın günlərdə prezidentlə təyyarədə səyahət edəcək şəxslərə daha çox məlumat verəcəyik”.

O, həmçinin əlavə edib ki, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın təyyarədə mətbuata açıqlama verməsi planlaşdırılır.