Ağ Ev Pxenyanla nəticəsiz bitən sammiti müdafiə edir

Milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton

Ağ Ev keçən həftə prezident Donald Tramp və Şimali Koreya lideri Kim Conq Un arasında keçirilən və razılaşma əldə edilmədən bitən sammiti müdafiə edərək bildirib ki, Pxenyanın şərtləri ilə qismən razılaşmanın qəbul edilməməsi Amerikanın maraqlarına xidmət edib.

Milli təhlükəsizlik məsələləri üzrə müşavir Con Bolton CBS tele kanalına müsahibəsində deyib ki, “əsas məsələ Şimali Koreyanın prezidentin dediyi `böyük razılaşma`nı, yəni prezidentin Kim Conq Una çatdırdığı kimi bütünlüklə nüvəsizləşdirməni qəbul etməsi və böyük iqtisadi potensiala malik olması və ya bundan daha az nəsə etməsindən ibarət idi ki, bu da bizim üçün qəbuledilməz idi.”

SEE ALSO: Tramp-Kim sammiti razılıqsız başa çatdı

“Prezident öz mövqeyini qətiyyətlə dəstəkləyir. O, Kim Conq Unla münasibətləri dərinləşdirib. Mən Amerikanın maraqları müdafiə olunduqda buna qətiyyən uğursuzluq kimi baxmıram”, Bolton bildirib.

CNN tele kanalına müsahibələrinin bində isə Bolton deyib ki, “biz bir daha Şimali Koreyaya göstərdik ki, onlar nüvəsizləşdirilməyə razı olsalar hansı potensiala malik ola bilərlər.”

O əlavə edib ki, “əgər yaxşı razılaşma əldə edə bilmirsinizsə, heç bir razılaşma pis razılaşmadan daha yaxşıdır.”

Hanoyda ABŞ-Şimali-Koreya sammiti

Bolton CBS tele kanalına müsahibəsində deyib ki, Şimali Koreya onun “köhnəlmiş nüvə reaktoru” adlandırdığı Yonqbyon nüvə silahları kompleksinin sıradan çıxarılması və uran zənginləşdirilməsi və plutoniumun emalı prosesi qabiliyyətlərinin azaldılması üçün “çox məhdud güzəştlərə getmək istəyirdi.

Onun sözlərinə görə, “bunun müqabilində onlar sanksiyaların ciddi şəkildə yüngülləşdirilməsini istəyirdilər”.

“Lakin prezident 2016-cı ildə kampaniyanın lap əvvəlində demişdi ki, o, əvvəlki administrasiyaların etdiyi səhvləri təkrar etməyəcək və şimali koreyalılar üçün faydalı olan qarşılıqlı addımlar kimi razılaşmalara getməyəcək”, Bolton əlavə edib.

“Prezident Kim Conq Unu böyük razılaşma əldə edilməsinə razı salmaq istəyirdi, lakin onlar bunu etmək istəmədilər”, Bolton bildirib