Ağ Ev CNN müxbiri Cim Akostanın akkreditasiyasının ləğvinə çalışır

Ağ Ev CNN müxbiri Cim Akostanın akkreditasiyasının ləğvinə çalışır.

Müxbir iki həftə öncə prezident Donald Trampla mətbuat konfransı zamanı söz atışmalarından sonra AĞ Evə buraxılmır.

Ağ Ev rəsmiləri ara seçkilərindən bir gün sonra keçirilən mətbuat konfransı Akostanı prezidentlə mübahisə zamanı mikrafonu ondan almağa çalışan təcrübəçinin "əlinə toxunmaqda" ittiham edib.

Ağ Ev konstitusiyanın 1-ci və 5-ci düzəlişlərini pozur

Video görüntülərdə Akostanın təcrübəçi ilə aqressiv davranmadığı göstərilib.

Məhkəməyə müraciət edildikdən sonra müxbirin akkreditasiyanın bərpasına dair hökm çıxarılıb.

Kelli ABŞ hökumətinin bu əməlini tənqid edib.

“Mən hakimə qərarına görə təşəkkür edirəm” - deyə, Akosta bildirib. O deyib ki, işə qayıtmaq vaxtıdır.

CNN vəkili Ted Butros Kellinin hökmünü birinci düzəliş və jurnalizm üçün böyük gün adlandırıb.

CNN hakim Kelliyə müarciət edərək daha bir növbədənkənar dinləmə keçirilməsini istəyib.


"Ağ Ev konstitusiyanın 1-ci və 5-ci düzəlişlərini pozur. Bu əməllər bütün jurnalistlər və xəbər agentlikləri üçün hədədir. Cim Akosta və CNN prezident və Ağ Ev haqda xəbərləri yaymaqda davam edəcək" , CNN bildirib.

ABŞ-ın bir sıra aparıcı media qurumları CNN tele-kanalının akkreditasiyasının qaytarılması səylərinə dəstək verdiyini bildirib. Onlar arasında CNN-in ənənəvi rəqibi sayılan Fox News tele-kanalı da olub.

CNN vəkilləri şirkətin Ağ Evlə problümi məhkəməsiz həll edə biləcəklərini ümidlərini ifadə edib .

2015-ci ildə siyasi səhnəyə gəldikdən bəri Tramp ona qarşı ədalətsiz saydığı müxbirlər və media qurumlarına sözdə hücumlar edir. O hətta bəzi media qurumları haqda danışarkən onları “xalqın düşmənləri” adlandırıb.