Azərbaycanın NATO yanında nümayəndəliyinə başçı təyin edilib

Azərbaycanın Avropa Şurası (AŞ) yanındakı daimi nümayəndəsi geri çağırılıb.

Azərbaycan prezidenti İlham Əliyev bu gün, oktyabrın 16-da bununla bağlı sərəncam imzalayıb.

Sərəncama əsasən, Emin Yaqub oğlu Eyyubov Azərbaycanın AŞ yanında daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Ölkə başçısının digər sərəncamı ilə Fəxrəddin Nəcəf oğlu İsmayılov yeni daimi nümayəndə təyin olunub.

Prezident İlham Əliyev həmçinin, Azərbaycanın NATO yanında Nümayəndəliyinə başçı təyin edib.

Ölkə başçısının sərəncamına əsasən, Qaya Məmməd oğlu Məmmədov bu vəzifəyə təyin olunub.

Azərbaycan prezident İlham Əliyev və NATO-nun baş katibi Yens Stoltenberq

Xatırlatma

1994-cü ildən Azərbaycan NATO ilə əməkdaşlığa başlayıb. Bu əlaqələrin əsas tərkib hissəsini hərbi əməkdaşlıq, hərbi modernizasiya, təhlükəsizlik məsələləri üzrə siyasi məsləhətləşmələr və sülhməramlı əməliyyatlar təşkil edib.

2005-ci ilin oktyabrında prezident İlham Əliyev Azərbaycanın NATO ilə Fərdi Tərəfdaşlıq Əməliyyat Planını təsdiq edib.

Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Ölkə bu quruma üzv olarkən insan hüquqları, demokratik seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və bir sıra başqa məsələlrlə bağlı üzərinə öhdəliklər götürüb.