Azərbaycanda son sutkada 577 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 577 yoluxma faktı qeydə alınıb, 672 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 610 min 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 587 min 338 nəfər müalicə olunaraq sağalıb, 8 min 208 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 349 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 777, bu günə qədər isə ümumilikdə 5 milyon 757 min 381 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günə qədər vurulan vaksinlərin ümumi sayı 11 milyon 66 min 951, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 140 min 918, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 641 min 918 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 1 milyon 284 min 115 nəfər təşkil edir.Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.