Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 251 yeni yoluxma faktı qeydə alınıb, 79 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bu gün COVID-19-dan vəfat edən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 338 837 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 429 nəfər müalicə olunaraq sağalıb, 4994 nəfər vəfat edib, aktiv xəstə sayı 2414 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8479, ötən müddət ərzində isə ümumilikdə 3 929 320 test aparılıb.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 3 855 455, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 2 371 796, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 1 483 659 təşkil edir.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.
Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.
Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.
İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.
İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.