Azərbaycanda Novruz Bayramı qeyd edilir

Your browser doesn’t support HTML5

Bu il Bahar fəsli Bakı vaxtı ilə saat 13:37-də Azərbaycana qədəm qoyub. Ölkədə isə hazırda xüsusi karantin rejimi davam edir. Covid-19 pandemiyasından əvvəl şəhərin mərkəzi küçələrində Novruz şənlikləri təşkil edilirdi. İndi isə həmin küçələrdə nə kosa ilə keçəlin var, nə də bayram ab-havası.. Şəhər sakinləri də bu bayram ovqatının olmadığını deyir. Sakinlər düşünür ki, bu il bayram ab-havasının olmaması Covid-19 pandemiyası ilə bağlıdır. Bu il ötən illərdən fərqli olaraq bu il Azərbaycan Prezidenti İlham Əliyev və ailəsi Novruz Bayramını Şuşa şəhərində qeyd edib. Cıdır düzündə bayram tonqalı qalayan Prezidenti Birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva müşayiət edib.