Azərbaycanda milli mətbuat günündə müstəqil media - Jurnalist Kamran Mahmudovla müsahibə

Müstəqil jurnalist Kamran Mahmudov Amerikanın Səsinə müsahibəsində Azərbaycanda müstəqil medianın durumu və bu sahədə olan problemlərdən danışıb.

Your browser doesn’t support HTML5

Kamran Mahmudov: Medianın işinə heç kim qarışmamalıdır, senzura olmamalıdır


Amerikanın Səsi: Milli Mətbuat Gününü Azərbaycan mediası hansı durumda qeyd edir, media və jurnalistlər daha çox hansı problemlərlə üzləşir? Ölkədə KİV-lər ictimai institut kimi funksiyasını yerinə yetirirmi?

Kamran Mahmudov: Milli Mətbuat günü mən media işçisi olaraq nəyinsə dəyişildiyini görməmişəm. Elə olduğu kimi, ənənəvi olaraq həmin qayğılarla, həmin problemlərlə üz-üzə qalaraq qeyd edirik bu problemləri. Hər il eyni sözü təkrarlıyırıq. Çox təəssüf ki, düzələn, yaxşılığa doğru dəyişən heç nə ilə qarşılaşmırıq. Media funksiyasını yerinə yetirirmi? Əslində, Azərbaycanda sizin də bildiyinizə görə ölkədə müstəqil medianın sayı olduqca azdır. Adətən xaricdə olan medialar müstəqil media funksiyasını yerinə yetirir. Ölkənin daxilində isə olduqca azdır. Digər media barəsində isə öz funksiyalarını yerinə yetirib-yetirmədiklərini tam dəqiqliklə demək olmaz. Konkret hakimyyətdən pul alan media, hər hansı bir formada pul alan media “yandaş media” hesab olunur. Onlar media funksiyasrını tam olaraq yerinə yetirə bilməzlər.

Ameriknın Səsi: Hazırda media haqqında yeni qanunun layihəsi hazırlanması barədə məlumatlar yayılır, jurnalistlərə vahid vəsiqə veriləcəyini, internet televiziyalarının lisenziyalaşdırılacağı deyilir. Bəziləri bu addımları məhdudlaşdırıcı tədbir kimi qiymətləndirir. Siz necə düşünürsünüz?

Konkret hakimyyətdən pul alan media, hər hansı bir formada pul alan media “yandaş media” hesab olunur. Onlar media funksiyasrını tam olaraq yerinə yetirə bilməzlər.


Kamran Mahmudov: Yeni “Media haqqında” qanuna ümumiyyətlə zərurət varmı? Əslində ilk media qanunu Azərbaycanın Avropa Şurası Parlament Assambleyasına qəbul olunduğu illərdə öhdəlik kimi götürdüyü və hazırladığı ilk media qanunu çox normal qəbul olunur. Qənaətbəxş hesab olunur. Əslində, orada bütün medianın funksiyaları və azadlıqları tam olaraq göstərilib. Sonradan, biz Avropa Şurasına qəbul olunduqdan sonra qanuna çox mürtəce yeniliklər gətirildi. İndi “Media haqqında” qanun dedikdə, biz, tək “KİV haqqında” qanunu nəzərdə tutmuruq. Ondan sonra bir neçə qanunlar var ki, hətta məcəllələr var ki, orada media ilə bağlı funksiyalar da salınıb və onlar da bizdən medianın, jurnalistlərin necə hərəkət etməli olduqlarını göstərir. Bunun özü sanki jurnalistlərin işini məhdudflaşdırmaqdır. “Media haqqında” qanun yenidən gündəmə gəlib. Amma çox az məlumat var. İctimaiyyətə açıqlanmır. Biz media qanununda nələr olacağını dəqiqliklə bilmirik. Çünki, bunu gizli saxlayırlar. Məqsəd nədir, onu da bilmirik. Hər halda düşünürəm ki, ilk növbədə olan vahid vəsiqədir. Vahid vəsiqə məsələsi hər halda, ilk növbədə bunların hansı məqsəd daşıdığını deməyə əsas verir. Vahid vəsiqə o deməkdir ki, istədiyim şəxsə jurnalist vəsiqəsi verəcəm, o jurnalist kimi funksiyasını yerinə yetirəcək, digərlərinə vahid vəsiqə verməyəcəm və onları qeydiyyata almayacam. Onlar hər tərəfdən çıxdaş ediləcək. Digər bir məsələ isə internet televiziyalarının lisenziyalaşdırılması məsələsidir. Mən buna ilk gündən reytinqi olan internet televiziyalarının ələ alınması kimi baxıram. Hakimiyyət artıq görür ki, onun dalğalarda yayımlanan tv-lərinə baxan yoxdur. Artıq internet televiziyaları bu kanalları ötüb keçir. İndi internet televiziyalarına əl atıb onları da ələ almağa çalışırlar.

Amerikanın Səsi: Dövlətin mediaya maliyyə yardımı ayırması mətbuatın keyfiyyətinin artırılması baxımından özünü doğruldurmu?

Birinci növbədə medianın işinə, medianın funksiyasına heç kim qarışmamalıdır. Qeyri-rəsmi senzura olmamalıdır. Ümumiyyətlə senzura olmamalıdır.


Kamran Mahmudov: Birmənalı olaraq yox. Əslində, ekspertlər bildirirlər ki, dünyada belə bir təcrübələr var. Hökümətlər bəzən mediaya yardım edirlər. Bunun nümunəsində biz görürük ki, həmin hökümətlər medianın işini hansı formada olub-olmamasına qarışmır. Sadəcə yardım edirlər və kənarda dayanırlar. Azərbaycanda isə hər şey gördüyümüz kimi baş verir. 2008-ci ildə sizin də bildiyiniz kimi Azərbaycanda Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu (KİVDF) yaradıldı. Həmin, o sizin də dediyiniz kimi məqsəd medianı ayağa qaldırmaq idi. Medianın problemlərini həll etmək idi. Amma əslində biz nə gördük? Biz əslində gördük ki, o vaxtdan bu yana medianın funksiyasında, inkişafında heç bir irəliyə doğru addım atılmayıb. Bəs, onda bu milyonlar hara gedir? Hara xərclənir? Onda onları xərcləməkdə məqsəd nədir? Demək ki, məqsəd başqa imiş. Ona görə də heç bir inkişaf görə bilmərik. Adi bir nümunəni deyim. 2008-ci ildə KİVDF yaradılanda çətinliklə də olsa, maliyyə problemləri də olsa qəzetlər çıxırdı, tirajlanırdı. O tirajlar Azərbaycanın hər bir yerinə çata bilirdi. Çətinliklə də olsa qəzet oxuyanlar var idi. Biz 13 il sonra baxıb görürük ki, artıq qəzetlər sıradan çıxıb. Bəs, onda qəzetlərə ayrılan həmin o milyonlar hanı? Qəzetlər sıradan çıxırsa media necə inkişaf edir? Bir məsələni də qeyd edim, əgər infrastruktur, imkan, şərait düzgün qurulmayacaqdırsa, şərait düzgün verilməyəcəksə, onda neçə milyon ayırsalar dabir nəticə görməyəcəyik. Bu olmayacaq.

Ameriknın Səsi: Media azadlığının tam təmin olunması üçün hansı addımlar atılmalıdır?

Kamran Mahmudov: Birinci növbədə medianın işinə, medianın funksiyasına heç kim qarışmamalıdır. Qeyri-rəsmi senzura olmamalıdır. Ümumiyyətlə senzura olmamalıdır. Media öz işini görməlidir. Öz funksiyasını yerinə yetirməlidir. Bunun üçün hakimiyyətin funksiyası mediyaya şərait verməsidir. Medianı qorumalıdır. Qorumaq üçün çalışmalıdır. Media da öz işini görməlidir. Belə olan təqdirdə yaxşı media ayaqda dura biləcək. “Göbələk “ kimi ortaya çıxan media isə sıradan çıxacaq. Normal media, standartlara, peşə kodekslərinə uyğun fəaliyyət göstərən media üstələnəcək. Biz bunu inkişaf etmiş ölkələrdən görə bilərik.