Azərbaycanda koronavirusdan sağalanların sayı yoluxanlardan 2,6 dəfə çoxdur

Koronavirus

Azərbaycanda son sutkada koronavirus infeksiyasından 1720 nəfər müalicə olunaraq sağalıb, 649 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 326 min 56 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 304 min 580 nəfər müalicə olunaraq sağalıb, 4666 nəfər vəfat edib. Aktiv xəstə sayı 16810 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 321 min 511 test aparılıb. Bugünkü test sayı isə 10244-dür.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək ölkədə vurulan vaksin dozalarının sayı 1 milyon 661 min 772-yə bərabərdir. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 1 milyon 1 min 968, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 659 min 804 nəfərdir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi iyunun 1-dək davam edəcək. Həftəsonu istirahət günləri və bayram günlərində ölkənin bütün ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılıb.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.