Azərbaycanda koronavirusdan 9 nəfər vəfat edib

Son sutkada Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1101 yeni yoluxma faktı qeydə alınıb, 311 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 352 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 335 336 nəfər müalicə olunaraq sağalıb, 5 072 nəfər vəfat edib. 12 518 nəfər aktiv xəstə sayını təşkil edir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 947, bu günə qədər isə ümumilikdə 4 123 715 test icra olunub.

Azərbaycanda yanvarın 18-dən vaksinasiya başlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırkı dövrədək vurulan vaksinlərin ümumi sayı 5 milyon 418 min 754, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 milyon 160 min 755, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 milyon 257 min 999 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb.

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi avqustun 1-dək davam edəcək.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib. Həmçinin iyunun 10-dan çimərliklər fəaliyyət göstərir.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.