Azərbaycanda koronavirusdan 25 nəfər vəfat edib

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 1889 yoluxma faktı qeydə alınıb, 2537 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 25 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 573 min 974 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 538 min 211 nəfər müalicə olunaraq sağalıb, 7624 nəfər vəfat edib. Aktiv xəstə sayı 28 min 139 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 min 740, bu günə qədər isə ümumilikdə 5 milyon 443 min 180 test icra olunub.

Ölkədə fevralın 18-dən vaksinasiya başlayıb.

Bu günədək vurulan vaksinlərin ümumi sayı 10 milyon 267 min 178, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 50 min 602, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 524 min 841 nəfər, “buster” doza ilə peyvənd olunanların sayı 716 min 991 nəfər təşkil edir.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Ölkədə 2022-ci il yanvarın 1-dək xüsusi karantin rejimi tətbiq edilib.

Operativ Qərargahın qərarına görə, mayın 31-dən Azərbaycanda açıq havada maska taxılması ləğv olunub. Bakı metropoliteninin, şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti bərpa edilib.

İyunun 10-dan “Mall” və iri ticarət mərkəzlərinin, idman sağlamlıq obyektlərinin, ibadət yerlərinin fəaliyyətinə icazə verilib.

İyulun 1-dən toy, nişan və digər mərasimlərin keçirilməsinə icazə verilib.

Ölkədə sentyabrın 1-dən COVID-19 pasportu tətbiq edilir.