Azərbaycanda koronavirusa yoluxmada yeni antirekord-1175 nəfər

Noyabrın 1-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 175 yeni yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 10 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 56 444 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 157 nəfər müalicə olunaraq sağalıb, 740 nəfər vəfat edib, aktiv xəstə sayı 11 547 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 632, ötən müddət ərzində isə ümumilikdə 1 363 539 test aparılıb.

Nazirlər Kabineti yoluxma hallarının artmasını nəzərə alaraq karantin rejimini sərtləşdirib. Belə ki, Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və bir sıra digər şəhər və rayonlarda həftə sonları ictimai nəqliyyatın hərəkəti qadağan edilib. Ölkə üzrə orta ümumtəhsil məktəblərində tətil elan edilib. Bakı metrosunun fəaliyyəti dayandırılıb. Son günlər bir sıra şəhər və kəndlərə giriş-çıxış qadağan edilib.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi dekabrın 1-dək davam edəcək.