Azərbaycanda karantin rejimi yumşaldılıb
Your browser doesn’t support HTML5
27 aprel tarixindən Azərbaycanda koronavirus pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi yumşaldılıb.
Artıq, vətəndaşlar evlərini 8103 qısa nömrəsinə SMS yazmaqla 3 saatadək tərk edə bilərlər.
Bu tarixdən etibarən, həm də bir çox mağazalar və bəzi xidmət sahələrində fəaliyyət bərpa olunub.
Buna görə Bakının mərkəzində canlanma müşahidə olunur.