ABŞ-da qərargahlanan Freedom House təşkilatı sentyabrın 21-də “İnternet Azadlığı 2021” hesabatını açıqlayıb. Hesabatın Azərbaycan bölümündə ölkə yenə interneti azad olmayan ölkələr siyahısına salınıb.
Freedom House təşkilatının tədqiqatçısı Qrant Beyker Amerikanın Səsinə müsahibədə internet azadlığının pisləşməsi, habelə Azərbaycanın interneti azad olmayan ölkələr siyahısına salınmasının səbəblərini şərh edib.
Amerikanın Səsi: Freedom House təşkilatı bu günlər “İnternet Azadlığı 2021”hesabatını açıqlayıb. Hesabatdakı əsas tapıntılardan biri də odur ki, dünyada internet azadlığı artıq 11-ci ildir pisləşir. Bunun səbəbi nədir?
Son illər ərzində dünya boyu hökumətlər internet azadlığını məhdudlaşdırmaq üçün bir neçə tədbirlər görüblər. Azərbaycanda bu geriləmə xidmətlərin dayandırılması və ya sosial media platformalarının bloklanması və yaxud da beynəlxalq insan haqları standartları altında qorunan onlayn fəaliyyətlərə görə həbslərlə əlaqəlidir.
Qrant Beyker: Bu geriləmənin bir çox səbəbi var. Son illər ərzində dünya boyu hökumətlər internet azadlığını məhdudlaşdırmaq üçün bir neçə tədbirlər görüblər. Azərbaycanda bu geriləmə xidmətlərin dayandırılması və ya sosial media platformalarının bloklanması və yaxud da beynəlxalq insan haqları standartları altında qorunan onlayn fəaliyyətlərə görə həbslərlə əlaqəlidir. Burada söhbət jurnalistlərin həbsindən və özəl həyata müdaxilədən və nəzarət səylərinin artırlmasından gedir. Bu yay məsələn Peqasus məsələsi böyük əks-səda yaratdı ki, burada bir çox ölkədə, o cümlədən Azərbaycan və Qazaxıstanda casus proqramlarından istifadə edildiyi aşkar edildi. Və biz dünya boyu bir neçə casus proqramları təşəbbüslərinin həyata keçirildiyini görmüşük. Bunla internet azadlığnın pisləşməsinin əsas səbəblərindən bəziləridir.
Amerikanın Səsi: Hesabatda Azərbaycan yenindən interneti azad olmayan ölkələr siyahısına salınıb. Bununla bağlı bizə daha çox məlumat verə bilərsinizmi? Bunun səbəbi nədir? Azərbaycan hökuməti internetə necə nəzarət edir?
Qrant Beyker: Əlbəttə ki. Daha öncə də qeyd etdiyim kimi, məncə hesabatın əhatə etdiyi zaman ərzində internetin pisləşməsinin əsas səbəblərindən biri Dağlıq Qarbağdakı hərbi qarşıdurma zamanı əsas sosial media platformalarının bloklanması və internetin sürətinin azaldılması olub.
Bundan əlavə biz bu il çox sayda ciddi həbslərə şahid olduq. Bir çox halda jurnalistlərə uzun illik həbs cəzaları verildi. Məsələn Polad Aslanov dövlətə xəyanətdə ittiham olunub, 16 illik həbsə məhkum edilib. Bloger Aslan Qurbanov da yeddi illik həbsə məhkum olunub ki, o da talışlarla bağlı yazılar yazıb. Yəni bu cür ağır cəzalar var. Eyni zamanda da münaqişə zamanı tətbiq olunan hərbi vəziyyət var ki, həmin vaxt fəaliyyətlərin məhdudlaşdırılması, habelə media orqanlarının işlərinin dayandırılması üçün daha çox qanuni imkanlar yaradılmışdı. Yəni bu da böyük bir səbəb idi.
Nəhayət bu ilin mart ayında bir sıra qadın fəala qarşı hədəfli kampaniya aparıldı. Belə ki, onlar Beynəlxalq Qadınlar Günü ərəfəsində onlayn qısnamalara məruz qaldılar və bəzilərinin şəkilləri yayıldı. Yəni, Azərbaycanda səbəblər ifadə azadlığından özəl həyata müdaxiləyə qədər böyük bir spektri əhatə edir.
Amerikanın Səsi: Hökumət interneti daha azad etmək üçün hansı addımları ata bilər?
Beynəlxalq ictimaiyyət, əlbəttə ki, Azərbaycana təzyiq göstər bilər, amma bu problemlər geniş yayılıb və təkcə bir ölkədə baş vermir.
Qrant Beyker: Məncə bu, uzun bir proses olar və bunun üçün çox sayda addım atılmalıdır. Bunun üçün ciddi hüquqi islahatlar aparılmalıdır ki, internet istifadəçilərinin, onlayn jurnalistlərin qorunduğu təmin olunsun. Buna onlayn jurnalistləri izləmək üçün nəzarət mexanizmlərindən əl çəkmək və internet və müəyyən tətbiqlərə çıxışı məhdudlaşdırmamaq öhdəliyi daxildir. Bu sadaladıqlarım yanlız bir neçə addımdır və məncə proses çox uzun olar.
Amerikanın Səsi: Beynəlxalq ictimaiyyət Azərbaycan hökumətinə internet üzərindəki məhdudiyyətləri yüngülləşdirməsi və insanları sosial media postlarına görə təqib etməsinin qarşısını alması üçün təzyiq göstərə bilərmi?
Qrant Beyker: Fikrimcə, beynəlxalq ictimaiyyət müəyyən mənada təzyiq göstərə bilər, amma bu problemlərin bəziləri təkcə Azərbaycana xas olan problemlər deyil. Hesabatda da qeyd olunduğu kimi, internet azadlığı bütün dünyada artıq 11 ildir ardıcıl olaraq pisləşir. Yəni, beynəlxalq ictimaiyyət, əlbəttə ki, Azərbaycana təzyiq göstər bilər, amma bu problemlər geniş yayılıb və təkcə bir ölkədə baş vermir.