Azərbaycanda ilk dəfə it oğurluğuna görə təqsirkara inzibati həbs cəzası kəsilib
Your browser doesn’t support HTML5
İki ay öncə, heyvansevər aktivist Royalə Hünbətova xilas edib sahibləndiyi itin oğurlandığından xəbər tutur.
Elə həmin andan Röyalə xanım itin axtarışına çıxıb və polisə bununla bağlı şikayətini bildirib.
Məhz bundan sonra heyvansevər könüllülərin dediyinə əsasən, Azərbaycanda ilk dəfə hansısa şəxsə küçə heyvanına qarşı etdiyi qeyri etik hərəkətlərə görə haqqında 1 aylıq inzibati həbs cəzası kəsilib.
Buna baxmayaraq, digər heyvansevər aktivist Elxan Mirzoyev məsələnin prokurorluq tərəfindən sona qədər araşdırılmadığını hesab edir.