"Azərbaycanda dinc etirazlar və işgəncə" - Vaşinqtonda diskussiya
Your browser doesn’t support HTML5
Cümə axşamı Vaşinqtonun Milli Mətbuat Klubunda təşkil olunan “Azərbaycan: Dinc etirazlar və işgəncə” başlıqlı diskussiyanın panelistləri Milli Şura sədri Cəmil Həsənli, Amnesty International təşkilatının nümayəndəsi Daniel Balson və ABŞ-da qərargahlanan jurnalist Sevinc Osmanqızı Azrərbaycanda siyasi azadlıqların durumunu və mövcud atmosferi müzakirə ediblər. Azərbaycanda siyasi basqıların və müxalif fikirli insanlara qarşı fiziki zorakılıqların intensivləşdiyini təsvir edən müzakirəçilər ABŞ hökumətini insan haqlarının pozulmasında əli olan Azərbaycan rəsmilərinə qarşı ölçülər tətbiq etməyə çağırıblar.