Azərbaycanda 50 min nəfər peyvənd olunub, restoranlar və məktəblər açılır

COVİD-19 vaksini

2021-ci il fevralın 1-dən başlayaraq ictimai-iaşə müəssisələri şənbə və bazar günləri də daxil olmaqla yerində xidmət göstərəcək.

Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Nazirlər Kabinetindən bildiriblər ki, həftə sonları ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı əlavə məlumat veriləcək.

"Bu şənbə-bazar (yanvarın 30-31-i) bərbərxana və gözəllik salonları işləyəcək. Kafe və restoranlarda fevralın 1-dən etibarən şənbə və bazar günləri də yerində xidmət olacaq," məlumatda deyilir.

Nazirlər Kabineti həmçinin bildirir ki, Azərbaycanda indiyədədk 50,000 vətəndaş peyvənd edilib, peyvənd olunanların əksəriyyəti səhiyyə işçiləridir.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə bağlı 2021-ci il yanvarın 18-dən sərtləşdirilmiş karantin rejimi yumşaldılıb. Yanvarın 25-dən bərbərxanalar, gözəllik salonları fəaliyyətə başlayıb. Fevralın 1-dən məktəblərdə hazırlıq qrupları və I-IV sinif şagirdləri pandemiya şərtlərinə əməl etmək şərti ilə əyani tədrisə keçəcək. Fevrlaın 15-dən isə V-İX sinif şagirdlərinin əyani tədrisə keçəcəyi gözlənilir.

Koronavirus inferksiyası Azərbaycanda 2020-ci ilin fevralında aşkar edilib. İndiyə kimi ölkədə bu virusa 229,584 nəfər yoluxub, 221,717 nəfər sağalıb. Aktiv xəstə sayı 4,762 nəfərdir. Ümumi olaraq 2380074 nəfər testdən keçib. Ümimi ölüm sayı 3,105 nəfərdir.

Yanvarın 18-dən başlayaraq ölkədə Çin istehsalı olan "CoronaVAC" vaksini ilə vaksinasiya başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatacaq.

İlk mərhələdə səhiyyə işçiləri, yaşı 65-dən yuxaı olan şəxslər, hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət peyvənd edilir.