Azərbaycanda 218 nəfər koronavirusa yoluxub, 9 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 218 yeni yoluxma faktı qeydə alınıb, 770 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 228 246 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 218 387 nəfər müalicə olunaraq sağalıb, 3 053 nəfər vəfat edib, aktiv xəstə sayı 6 806 nəfərdir.

Ölkədə son sutka ərzində 5309, hazırkı dövrədək isə 2341807 test aparılıb.

Yanvarın 18-dən başlayaraq ölkədə Çin istehsalı olan "CoronaVAC" vaksini ilə vaksinasiya başlayıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatacaq.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan ölkədə tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunur.