AXCP-nin keçmiş fəalı həbs edilib

Rövşən Quliyev

Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin keçmiş üzvü, iqtisadçı Rövşən Quliyev saxlanılıb. Ona 30- sutka inzibati həbs verilib.

AXCP sədri Əli Kərimli bildirib ki, Quliyev fevralın 18-də saxlanılıb. Quliyevin evində axtarış aparılıb, kompüteri müsadirə edilib. Ailə üzvlərinin sözlərinə görə, Rövşən Quliyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.

Əli Kərimlinin sözlərinə görə, Quliyev əvvəllər AXCP-nin Rəyasət Heyətinin üzvü idi. Amma beş il əvvəl səhhətində problemlərlə əlaqədar o, siyasi fəaliyyətdən uzaqlaşıb.

Keçmiş fəalın saxlanlmasnn səbəbləri hələ məlum deyil. Bununla yanaşı, AXCP sədri Rövşən Quliyevin saxlanılmasını siyasi motivli hesab edir.

Hüquq-mühafizə orqanları hələ ki, AXCP sədrinin dediklərinə münasibət bildirməyib.