Azərbaycan və Ermənistan qoşunları arasında ağır döyüşlər davam edir

Oktyabrın 8-də Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində ağır döyüşlər davam etdirilir. Hər iki tərəf hərbi və mülki itkilərin olduğunu bildirir.

Azərbaycan Müdafiə Nazirliynin Mtəbuat xidmətinin məlumatına görə, oktyabrın 7-də cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində erməni tərəfi xeyli itki verib.

“Qoşunlarımızın atəşi nəticəsində düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd “Akasiya” özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilib,” Müdafiə Nazirliyi bildirir.

Cəbhə xətti

Nazirlik oktyabrın 7-də Ermənistana məxsus pilotsuz uçuş aparatının (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonu (Bakıdan 520 kilometr qərb) sahəsində uçuş keçirməyə cəhd göstərən zaman vurulduğunu bildirib. Bundan öncə, Gürcüstan rəsmi mənbələri bildirirb ki, bu ölkənin Azərbaycan və Ermənistanla sərhəd məntəqəsinə iki pilotsuz uçuş aparatı düşüb.

Müdafiə Nazirliyi həmçinin Ermənistan Ordusundan hərbi qənimət kimi aldığı çoxsaylı hərbi texnikanın, silah və sursatın olduğu bildirilən videolar yayıb.

Ermənistanın hərbi rəsmiləri də cəbhədə gərgin döyüşlərin getdiyini təsdiq edib.

“Cənub cinahında gərgin döyüşlər davam edir və Azərbaycan böyük itkilər verir. Qarabağın hərbi qüvvələri Azərbaycanın 4 ədəd D-30 topunu şəxsi heyəti və sursatı ilə birgə sıradan çıxarıb,” Ermənistan Müdafiə Nazirliynin mətbuat katibi Şuşan Stepanyan bildirib.

Şuşa mədəniyyət evi artilleriya zərbnəsindən sonra

Rusiyanın "Novaya qazeta"sının Dağlqı Qarabağda ​olan reportyorunun çərşənbə dərc olunan yazısında konfliktin təfərrüatları barədə indiyədək az bilinən detallar yer alır. Reportyor bildirir ki, Ermənistanın çoxsaylı hərbiçisi Şuşa şəhərində mülki geyimdə toplantı keçirərəkən Azərbaycanın artilleriya zərbələri ilə öldürülüb. Reportajda həmçinin bir erməni hərbiçisi deyir ki, Cəbrayıl istiqamətində azı 200 erməni həriçisnin öldürüldüyünü görüb.

Bununla yanaşı, tərəflər oktyabrın 8-də hərbi itkilərilə bağlı məlumat verməyib. Oktyabrın 7-dək Ermənistanın rəsmi məlumatlarına görə, hərbi itkiləri 320 olub. Həmçinin, Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Artur Hovanesyan deyib ki, itkilərlə bağlı hazırda dəqiq məlumat vermək mümkün deyil.

“Cəbhədə şiddətli döyüşlər gedir. Bu, ölənlərin axtarılmasını çətinləşdirir. Digər tərəfdən, komandirlər də ölənlərlə bağlı statistikanı apara və vaxtında bizə məlumat verə bilmirlər. Düzgün başa düşün, bu, tamamilə fərqli müharibədir, bu, sadəcə dəhşətdir - nə birinci müharibəyə (1991-1994-cü illər nəzərdə tutulur-red), nə də Aprel döyüşlərinə (2016-cı il aprelin 2-dən 6-dək olan döyüşlər-red) bənzəyir. Biz əsgər valideynlərindən üzr istəyirik," Müdafiə Nazirliynin rəsmisi qeyd edib.

Azərbaycan tərəfi isə hərbi itkiləri ilə bağlı hələ məlumat yaymayıb. Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya televiziyasına müsahibəsində bildirib ki, yalnız döyüşlər başa çatandan sonra hərbi itkilərlə bağlı məlumat veriləcək.

Bununla yanaşı tərəflər bir-birinin itkiləri ilə bağlı müxtəlif məlumatlar yayır. Həmin məlumatlarda hər bir tərəfdən bir neçə min hərbiçinin öldürüldüyü bildirilir.

Mülki itkilərə gəlincə, Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 8-də gecədən başlayaraq Ermənistan silahlı qüvvələrinin Goranboy, Tərtər, Ağdam, Bərdə rayonlarının, Gəncə şəhərinin və Horadiz qəsəbəsinin artileriya atəşinə məruz qaldığını bildirib.

Bərdədə məktəb bnası artilleriya zərbəsindən sonra

Baş Prokurorluğun məlumatına görə, oktyabrın 8-dək həlak olmuş mülki şəxslərin sayı 31-ə, xəsarət alanların sayı isə 154-ya çatıb. Bundan başqa, Ermənistan ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 928 evə və 133 mülki obyektə ciddi ziyan dəyib.

Erməni tərəfi mülki itkilərlə bağlı bu gün məlumat yaymayıb. Dünənki məlumata görə, 21 mülki şəxs öldürülüb, 82 nəfər yaralanıb.

Amnesty International təşkilatı yaydığı bəyanatda Azərbaycan və Ermənistan arasındakı münaqişədə eskalasiya zəminində mülki vətəndaşların müdafiəsinə prioritet verilməsinin vaciblyini, yaşayış məntəqələrinin bombardman edilməsində kasset bombalardan istifadənin qəbuledilməzliyini vurğulayıb.

Təşkilatın yaydığı açıqlamada kasset bombalarından Xankəndi şəhərində istifadə olunduğuna işarə edən video-kadrlar qeyd olunur.

“Kasset bombalar hədəflər arasında fərq qoymayan silahdır və onları yaşayış məntəqələrində istifadə olunması tamamilə dəhşətli və qəbuledilməzdir. Döyüşlər eskalasiya etdikcə mülki vətəndaşlar müdafiə olunmalıdır, bilərəkdən hədəf alınaraq təhlükə qarşısında qoyulmamalıdır,” Amnesty Internationalın Şərqi Avropa və Orta Asiya şöbəsinin əvəzləyici direktoru Denis Kiroşeeyev bildirib.

4-5 oktyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Goranboy rayonu ərazisində dinc sakinlərə qarşı beynəlxalq konvensiyalarla qadağan olunmuş kasset sursatı atılmış və ətrafa mərmi qalıqları səpələnib.

Bu barədə Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə istinad edən (ANAMA) Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev məlumat yayıb.

Dağlıq Qarabağın xəritəsi

Münaqişə zonasında yaranmış gərgin durum siyasi səviyyədə də diqqət mərkəzindədir.

Oktyabrın 8-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcək.

Rusiya Müdafiə Nazirliyi bildirir ki, dünən, oktyabrın 7-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycan müdafiə naziri Zakir Həsənov və Ermənistan müdafiə naziri David Tonoyanla telefon söhbəti zamanı Dağlıq Qarabağda mövcud durumla bağlı müzakirələr aparıb.