Azərbaycan, Rusiya və İran prezidentləri görüşəcək

Azərbaycan, İran və Rusiya prezidentləri

Avqustun 14-də Soçidə Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli görüşünün keçirilməsi planlaşdırılır.

İRNA agentliyinin məlumatına görə, Soçidə hər üç prezidentin bir-biri ilə təkbətək görüşü də olacaq.

Prezidentlərin görüşlərində ikitərəfli münasibətlərin ən vacib məsələləri müzakirə ediləcək.

Agentlik İran Prezident Administrasiyasının mətbuat xidmətinin nümayəndəsi Pərviz İsmailiyə istinadən bildirib ki, Soçi sammitin nəticəsi olaraq birgə bəyanat qəbul ediləcək.

SEE ALSO: Putin: Rusiya və Azərbaycan Xəzərdə birgə layihələr həyata keçirə bilər

Üç ölkə prezidentinin bundan öncəki görüşü 2018-ci ilin avqustunda xəzrəyanı dövlət başçılarının sammiti zamanı olub. Hansı ki, həmin sammitdə Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Ekspertlərin fikrincə, Soçi sammitində prezidentlər Şimal-Cənub dəmir yolu dəhlizi, Amerikanın Rusiya və İrana qarşı sanksiyaları, həmçinin təhlükəsizlik və iqtisadi-ticarət məsələləri ətrafında fikir mübadiləsi aparacaq.