Azərbaycan prezidenti Tokio olimpiadasında müvəffəqiyyət qazanan idmançıları mükafatlandırıb

Prezident İlham Əliyev Yaponiyanın Tokio şəhərində keçirilən XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, ikinci yeri tutan hər bir idmançıya 200 000 manat (117 min dollar), onun məşqçisinə 100 000 manat (59 min dollar), üçüncü yeri tutan hər bir idmançıya 100 000 manat, onun məşqçisinə 50 000 min (29 min dollar) manat mükafat veriləcək.

Bununla yanaşı prezident Əliyev müvəffəqiyyət qazanan idamnşılara orden və medalların verilməsi barədə sərəncam imzalayıb.

Azərbaycan Milli Komandası Tokio olimpiadasında 44 idmançı ilə təmsil olunub. Onlardan 3 nəfəri gümüş, 4 nəfəri bürünc medal qazanıb.