Bu gün, iyunun 20-də Samux Rayon (Bakıdan 360 kilometr qərb) İcra Hakimiyyəti başçısının yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxan müavini Qəzənfər Əliyev vəfat edib.
Bu barədə Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov məlumat verib.
Bu gün Azərbaycan Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva koronavirusa yoluxub. Əliyevanın COVID 19-la bağlı verdiyi testin nəticəsi pozitiv çıxıb.
Milli Məclisin deputatı Sahib Alıyev də bu gün facebook profilində COVID 19-la bağlı verdiyi testin nəticəsinin pozitiv çıxdığını yazıb.
Rəsmi məlumatlara görə, infeksiyaya yoluxma hallaqr Prezident Administrasiyasında, Nazirlər Kabinetində və bir neçə nazirliyin əməkdaşlarında da aşkarlanıb.