Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.

Müdafiə Nazirliyi bu faktı təsdiq edib.

Nazirliyin məlumatına görə, hadisə oktyabrın 14-də baş verib.

Belə ki, gizir Məmmədov Namin Ruslan oğlu məzuniyyətdə olarkən yaşadığı ünvanda intihar edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.