AZTV-nin sədri vəzifədən azad edilib

Arif Alışanov

Prezident İlham Əliyevin 15 yanvar tarixli sərəncamı ilə Arif Alışanov "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin sədri vəzifəsindən azad edilib.

Alışanovun vəizfədən azad edilməsinin səbəbləri göstərilməyib. Onun yerinə hələlik heç kim təyin edilməyib.

Son vaxtlar yerli mediada Arif Alışanovun fəaliyyəti kəskin tənqid olunur, onun adı bir neçə qalmaqallı məhkəmə işlərində keçir.