Azərbaycanlı fəalın məhkəməsi olub

ETTELAAT Davud Şirini Urmiya gölünün qurumasına qarşı etiraz aksiyalarına qatıldığına görə tutub.

Azərbaycan milli kimliyi uğrunda dinc mübariz Davud Şirinin mühakiməsi haqda məlumat yayılıb. Məhkəmə iclası iyunun 11-də keçirilib.

“Media forum” saytı xəbər verir ki, Təbriz məhkəməsi Davud Şirini dövlət quruluşuna qarşı təbliğat aparmaqda günahlandırıb. Azərbaycanlı fəal ona qarşı irəli sürülən bütün ittihamları rədd edib. Məhkəmənin təbrizli fəala qarşı çıxardığı qərar haqda məlumat yayılmayıb.

İran Kəşfiyyat Nazirliyi (ETTELAAT) Təbriz şöbəsinin əməkdaşları Davud Şirini Urmiya gölünün qurumasına qarşı etiraz aksiyalarına qatıldığına görə aprelin 1-də tutmuş, 6 gün sonra mülk girovu qarşılığında azadlığa buraxmışdı. Evdə axtarış aparılmış, təbrizli fəala məxsus bir sıra şəxsi əşyalar götürülmüşdü.