Azərbaycanda pasportların verilməsi qaydaları dəyişdirilib

Bir yaşdan uşaqlara pasport 12 ay müddətinə, 3 yaşınadək olanlara 36 ay, 18 yaşınadək olanlara 5 il müddətinə veriləcək.

Parlamentin bugünkü sessiyasında “Ölkədən çıxmaq, ölkəyə gəlmək və pasportlar haqqında” qanuna dəyişikliklər qəbul edilib.
Hüquq siyasət və dövlət quruculuğa komitəsinin sədri Əli Hüseynli bildirib ki, dəyişikliklər 18 yaşınadək şəxslərə xarici pasportun verilməsini nəzərdə tutur. Pasportların verilmə müddəti 10 günədək azaldılacaq.
Vətəndaşlar uşaqlarla birlikdə ölkədən çıxarsa həddi-büluğa çatmayanların adlarının valideynin pasportuna yazılması və şəkillərinin yapışdırılması ləğv olunacaq. Xarici pasport həmçinin 1 yaşdan 18 yaşadək uşaqlara veriləcək. Bir yaşdan küçük uşaqlara pasport 12 ay müddətinə, 3 yaşınadək olanlara 36 ay, 18 yaşınadək olanlara 5 il müddətinə veriləcək. Həddi-büluğa çatanlar üçün müddət 10 ildir. Xidməti pasportların alınması və dəyişdirilməsi üçün dövlət rüsumu ləğv olunub.
Sənədin fəaliyyət müddəti bitdikdə, soyad dəyişdikdə, pasport yararsız hala düşdükdə, pasportda və ya elektron daşıyıcıda yanlış informasiya aşkar olunduqda pasport bir gün müddətində dəyişdirilməlidir və dövlət rüsumu alınmır.
2013-cü il iyunun 1-dək verilən pasportlar fəaliyyət müddəti bitənə kimi qüvvədə qalacaq.