Çərşənbə axşamı Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (IRFS) və Mediaya Beynəlxalq Dəstək təşkilatı (İMS) “İnternet İdarəçilik Forumundan beş ay əvvəl: Azərbaycanda İnternet Azadlığı” adlı konfrans keçiriblər.
İMS-in Azərbaycan üzrə proqram rəhbəri Gülnarə Axundova bildirib ki, konfrans Azərbaycanda İnternet azadlığı uğrunda kampaniyaya start verir. Ölkədə ümumdünya şəbəkəsindən istifadəçilərin sayı 3 mln. nəfərə çatır.
O qeyd edib ki, IMS söz azadlığının inkişafında maraqlıdır, odur ki, azad İnternet jurnalistikasının yaradılması üzrə proqramları dəstəkləyir, onlayn TV və radionun senzuralaşdırılması cəhdlərinin əleyhinə çıxır.
Kampaniya hökumət və kommersiya qurumları nümayəndələri, İnternet və KİV fəalları səviyyəsində İnternet sahəsində ekspertlərin iştirakı ilə aylıq konfransları əhatə edəcək. Bu barədə IRFS-in direktoru Emin Hüseynov bildirib.
Kampaniya müəlliflərinin fikrincə, diskussiyalar yolu ilə hökumət üçün İnternet azadlığının inkişafına dair tövsiyələr hazırlanacaq.
“Əlbəttə, iş bununla bitməyəcək, bu problemə diqqəti cəlb etmək üçün digər formalar da olacaq”, - “Eurovision” 2012-yə həsr olunmuş “Sing for Democracy” aksiyasının təşkilatçılarından biri Rəsul Cəfərov bildirib.
İnternetin idarə olunması üzrə Azərbaycan Milli Forumunun rəhbəri Nəriman Hacıyev dövlətin İnternet siyasətinin ünvanına tənqidi fikirlərlə razı olmadığını bildirib. O hesab edir ki, son illər Azərbaycan informasiya texnologiyalarının, İnternetin inkişafı sahəsində sıcrayış edib. Azərbaycanda forumun keçirilməsindən bu prosesin intensivləşdirilməsində təkan kimi istifadə olunacaq.
İnternet idarəçiliyi məsələsi 2003-cü ildə Cenevrədə və 2005-ci ildə Tunisdə informasiya cəmiyyəti məsələləri üzrə yüksək səviyyədə Ümumdünya görüşünün (WSIS) gündəliyinə salınıb. Görüşün yekun sənədi - “İnformasiya cəmiyyəti üçün proqram” Tunisdə qəbul edilib. Proqram bu anlamın müəyyən olunması, problemli sahələrin siyahısı daxil olmaqla İnternet idarəçiliyi problemini təfərrüatı ilə nəzərdən keçirir, həmçinin İnternet İdarəçilik Forumunun yaradılması barədə qərarı ehtiva edir.
İnternet azadlığı uğrunda ilk konfrans göstərdi ki, başlanmış kampaniya Bakı İGF-in işini canlandıra verə bilər. Məruzələr və diskussiyalar İnternetə çatımlılıqdan tutmuş ifadə azadlığına, bu prosesə dövlətin müdaxilə dərəcəsinə kimi İnternetin müxtəlif aspektlərini əhatə edir.
IREX təşkilatının əməkdaşı Əli Novruzov konfrans zamanı İnternet azadlığına qarşı iki fobiyanın olduğunu qeyd edib - təmənnalı, xoşagəlməz məqsədlərlə istifadə və İnternet idarəçiliyi məsələsinə dövlətin müdaxiləsinin vacibliyi. O, dövlətin minimal müdaxiləsinin və bu şəbəkənin kommersiya qurumlarına verilməsinin vacibliyi barədə İnternet azadlığı tərəfdarlarının təkliflərini dəstəkləyib.
Üçsaatlıq müzakirələrdən sonra RİTN nümayəndələri və konfransın təşkilatçıları ümumi tövsiyələrin hazırlanması üçün müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Belə ki, bu tövsiyələr infrastrukturun yaxşılaşdırılmasına, İnternetə çatımlılığa və istifadəçilərin ifadə azadlığına yardım göstərər.