Bu gün dünyada 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Azərbaycan Statistika Komitəsinin məlumatına görə, 2010-cu ildə əhalinin 1.987.900 nəfərini 0-14 yaşında olan uşaqlar təşkil edib. Son statistik məlumatlara görə, 2009-cu ildə qeydə alınmamış nikahlardan 19.384 uşaq doğulub (9.112 uşaq şəhər, 10.272 uşaq kənd yerlərində doğulub). 2009-cu ildə 15-17 yaşında olan analar 3.538 uşaq dünyaya gətirib (1.110 nəfər şəhər, 2 428 nəfər şəhər yerlərində doğulub).
2010-cu ildə Azərbaycanda nikahdankənar doğulan uşaqların sayı 20 faizdən çox artıb. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestr xidmətinin rəisi Reyhanə Kərimovanın sözlərinə görə, 2010-cu ildə 17 minədək nikahdankənar doğulan uşaq qeydiyyata alınıb.
Ölkə əhalisinin hər min nəfərinin 310 nəfərini uşaqlar təşkil edir.
Rəsmi statistikaya görə, ölkədə bütün ailələrin 22,5 faizinin 1 uşağı, 35,3 faizinin 2 uşağı, 25,5 faizinin 3 uşağı, 16,7 faizinin isə 4 və daha çox uşağı var.
2010-cu ilin məlumatlarına görə, ölkədə 4.472 pediatr həkim çalışır (hər min uşağa 17,8 həkim düşür). Xəstəxanalarda uşaqlar üçün 11 292 çarpayı var. 14 uşaq sanatoriyası, 592 uşaq poliklinikası, ambulatoriyaları və uşaq şöbəsi olan müəssisələr var.
Azərbaycanda uşaqların 96 faizindən çoxu təhsilə cəlb edilir.
Son statistik məlumatlara görə, 2009-cu ildə qeydə alınmamış nikahlardan 19.384 uşaq doğulub (9.112 uşaq şəhər, 10.272 uşaq kənd yerlərində doğulub). 2009-cu ildə 15-17 yaşında olan analar 3.538 uşaq dünyaya gətirib (1.110 nəfər şəhər, 2 428 nəfər şəhər yerlərində doğulub).