Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşündə üçtərəfli münasibətlər və regionda cərəyan edən hadisələr müzakirə ediləcək.
Aprelin 16-da İranın Urmiya şəhərində Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin görüşü olacaq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsi radiosuna bildiriblər ki, xarici işlər nazirlərinin görüşündə üçtərəfli münasibətlər və regionda cərəyan edən hadisələr müzakirə ediləcək.
Xatırladaq ki, 2010-cu ilin dekabrında İstanbulda Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin görüşü olub. Görüş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısı zamanı baş tutub. Nazirlər mütəmadi görüşlər keçirməsi barədə razılıq əldə edib və növbəti görüşün İranda keçirilməsi barədə qərara qəbul edilib.