Fevralın 28-də Azərbaycanın Tehrandakı səfiri Cavanşir Axundov İran Xarici İişlər Nazirliyinə dəvət edilib. Səfir nazirlikdə Azərbaycanın İsraildən 1,6 mlrd. dollar məbləğində silah almasının səbəbləri ilə bağlı açıqlama verib.
İRNA agentliyinin məlumatına görə, səfiri xarici işlər nazirinin müavini Seyed Abbas qəbul edib.
Söhbət zamanı səfir İsraildən silah alındığını təsdiqləyib və bildirib ki, bu, İrana qarşı yönəlməyib, işğal olunmuş ərazilərin azad edilməsi üçün nəzərdə tutulub. Bu silahlardan İrana qarşı istifadə olunmayacaq. İran tərəfi Azərbaycan ərazisindən İrana qarşı hər hansı addımın atılmasının yolverilməz olduğunu bildirib.
İsraillə Azərbaycan arasında 1.6 milyard dollarlıq silah sövdələşməsi artıq iki ölkə rəsmiləri tərəfindən də təstiq edilib.Yerli medianın məlumatına görə, İsraildən alınan silahlara gəlincə, bunların siyahısına pilotsuz uçan aparatlar, RƏM sistemləri daxildir. Azərbaycanın Xarici İşlər Nazirliyi İranın narahatlığı ilə əlaqədar olaraq, bildirib ki, bu silahlar İrana qarşı istifadə olunmayacaq, ancaq Azərbaycan müharibə vəziyyətindəki bir ölkədir və təhlükəsizliyini təmin etmək üçün hansısa bir ölkədən silah və hərbi-sursat almaq hüququna malikdir.
Son iki həftə ərzində Azərbaycan səfirin artıq ikinci dəfə İran Xarici İşlər Nazirliyinə çağırılıb. Bundan əvvəl o, İran alimlərinin qatillərinin - İsrail agentlərinin Azərbaycan ərazisindən istifadə etməsinə dair məlumatlarla əlaqədar çağırılmışdı.
İ